Tarixən insanlar Bakıdakı Təzə Bazar bazarına tək həftəlik alış-veriş zərurətinə görə gəlmirdilər. Bu, çoxları üçün istirahət gününün sabitləşmiş ailə ənənəsinə çevrilmişdi, çünki burada onlar doğma insanlara çevrilmiş satıcılarla unudulmaz bazar mühitindəki ünsiyyət qururdu və istirahət günü də məhz həmin ünsiyyətlə səciyyələnirdi.
Burada gündəlik həyatı daha parlaq edən yeni xəbərlər, şəhər əhvalatlarını və əfsanələrini eşitmək olurdu, gərəkli malların alınması isə daha maraqlı olurdu. Bazardakı mühiti, qoxuları və yumoru sözlə çatdırmaq mümkün deyil, lakin, biz bakılılardan onunla bağlı xatirələrini bizimlə bölüşməyi xahiş etdik.
Mədinə Axundova
67 yaş, təqaüdçü
«Bizim ailəmiz neçə nəsildir ki, məhz Təzə Bazarda bazarlıq edirdi – süfrə üçün, xüsusən də bayram günlərində lazım olan hər şeyi oradan alırdıq. Hələ balaca qız olarkən anamla dükanları gəzdiyim və ərzaqların ağırlığından sanki sınan piştaxtalara böyük maraqla, bəzən təəccüblə baxdığım vaxtları xatırlayıram. Hər şey ən xırda məqamlara qədər yadımdadır – bazardakı hər bir aralıq, ərzaq dükanları, şən satıcılar, sözlə çatdırıla bilinməyən qoxular, sanki bunların hamısı dünən baş verib. Bura mənim üçün tək bazar deyil, eyni zamanda, şəhərin böyük müstbət emosiyalar aldığım ən sevimli yerlərindən biri idi. “Dadına bax və qiymət danış!” – unudulmaz köhnə vaxtlardan Bakı bazarlarında hərəkət edən alıcıların gizli şüarı, və Təzə Bazar da istina deyildi.
Yaxşı rəftar – bu, yalnız ürəkdən alış-veriş etmək deyildi, həm də nəsə almazdan əvvəl satıcı ilə ünsiyyətdə olmaq idi, burada isə hər şey almaq olurdu!»
Aydan Kazımova
41 yaş, aşpaz
«Təzə Bazar mənim aşpaz peşəsini seçməyimdə böyük rol oynayıb: mən həmişə xörək bişirməyi xoşlayırdım, lakin, mənə çox şeyi satıcılar öyrədib, mən isə onları əzizləyərək ədviyyat kraliçaları adlandırırdım və onlar da sanki çaşqın qalıb və utanırdılar. Buna baxmayaraq onlar özləri kəşf etdikləri ədviyyatların sanki mümkün olmayan birləşmələrini mənim üçün aşqar edir və həvəsli şəkildə öz gizli reseptlərini bölüşürdülər. Bu gün mən öz sevimli peşəmlə məşğul oluram və buna görə öz kraliçalarıma təşəkkür etmək istəyirəm – Əziz Məryəm və Ülviyyəyə salamlar! Mənim üçün bu bazar Bakının canlı ürəyidir və heç bir, hətta ən nüfuzlu supermarket onu əvəz edə bilməz.
Bir məqamı da qeyd etmək istərdim, ki bir vaxtlar tapılmayan təbii qara kürünü demək olar həmişə burada tapıb əldə etmək mümkün olurdu.
Gülnarə Əliyeva
45 yaş, mühasib
«Hər yerdə və hər məqamda dadlı qoxuların və parlaq rənglərin qarışığı – mən öz sevimli bazarımı məhz belə xatırlayıram. İnandırım sizi ki, mən nənəmlə "Təzə Bazar"-da alış-veriş edərkən Azərbaycanın bütün coğrafiyasını öyrəndim: Göyçay narları, Sabirabad qarpızları, Lənkəran limonları və sair. Bizim ölkəmizin nə qədər zəngin olduğunu anlamağa başladım. Bütün regionlardan dadlı məhsullar piştaxtalarda bol-bol təqdim olunmuş və müştərilərə təqdim olunurdu. İlin mövsümündən asılı olmayaraq bazara hər səfər bayram hissiyəti, uşaq sevinci və qızmar yay hissi bəxş edirdi. Bundan savayı isə, bütün satıcılar mənə anamın evdə yeməyə icazə vermədiyi çərəzləri dadmağa verirdilər».
Aydın Hacıyev
35 yaş, qrafik dizayner
«Mən həmişə istəyirdim ki, bir itim olsun, lakin, valideynlərim, bunun əleyihinə idi, çünki onlar elə düşünürdü ki, bu mənin fikrimi təhsildən yayındıracaq. Quş bazarının yerləşdiyi Təzə Bazara gediş-gəlişlə eyni vaxtda hər şey mənim xeyrimə dəyişməyə başladı. Burada ilk əvvəl ev və dekorativ quşlar satırdılar, lakin sonralar küçüklər də satmağa başladılar. Məhz burada mən uzun illərin etibarlı dostu ilə qarşılaşdırm. O, gözlərini məndən çəkmirdi, mən aralandıqdan sonra isə qəmgin-qəmgin zingildəməyə başladı – valideynlərim təslim oldular. Beləcə də bizim ailəmizin yeni üzvü peyda oldu – “Zevs” ləqəbli alman çoban iti”
Samir Əliyev
39 yaş, bələdçi
«Uzun illər mən paytaxtda gəzinti üçün hazırladığım turist marşrutuna Təzə bazarı daxil etmişəm və istənilən ölkədən olan turistlərinin tam mənası ilə bu mühitdə əriyərək ona həmişə heyran olduqlarının şahidi olmuşam. Hətta elələri də olurdu ki, Bakıya qayıdaraq təkrar ekskursiya keçirməyi xahiş edirdi. Əlbəttə ki, qonaqlar bazardan boş əllərlə qayıtmırdılar – onlar başqa heç harda tapılmayan quru meyvələr və ədviyyatlar alırdılar. Bundan başqa bütün xaricilər məhz Təzə Bazara baş çəkdikdən sonra təndirdə bişən çörəyə valeh olmuşlar, mən özümdə xatırlayıram: onun dadı müqayisəedilməz idi! Bu yer bizim mədəni irsimizə məxsusdur və mənim fikrimcə, Bakının ən gözəl məkanlarından biridir. Oraya baş çəkmək həmişə həm Bakı, həm də bütün Azərbaycanın həqiqi həyatını tam şəkildə dərk etmək üçün düzgün resept olub və mən də bununla əlaqədar bazarın yeni həyata qədəm qoymasını səbirsizliklə gözləyirəm ki, onu özümün ekskursiya proqramlarına yenidən daxil edim».