Bakı malikənələrinin sirləri

Tarix

Təzə People jurnalı, şəhər üzrə təqdiqatçı, Bakı boyunca ekskursiyaların və marşrutların müəllifi Alla Qaraqaşlıdan xahiş etdi ki, o , bizi mərkəzi küçələrdə gəzintiyə çıxarsın və bizə adi görünən şəhər mənzərəsinin gözəlliklərini necə aşkar etmək, şəhərin başlanğıcından etibarən gizlədilmiş əsl sərvətləri necə tapmaq barədə danışsın.

Müasir Bakı təkcə qızğın bazarlar, səs-küylü küçələr və öz işləri dalınca tələsən insanlardan ibarət deyil, o həm də sonsuz heyranlıq hissidir. Belə ki, insan Şərq və Qərb memarlığının biri-birinə qarışmasını seyr edərkən həmin təsüratla valeh olur. Şəhər, bu dəbdədəni ölkə tarixinin ən parlaq zamanlarından biri olan “ilk neft qalmaqalı” dövründən miras almışdır. Həmin vaxt, yəni XIX-XX əsrlərin astanasında şəhərin ilk neft milyonçuları şəhərin uğurlu inkişafına dəstək olmaq, regionda mədəniyyət və ticarət paytaxtı kimi Bakının statusunu möhkəmləndirmək üçün tikintiyə çox böyük vəsait ayırmışdılar.

Fotoşəkillərə nəzər yetirdikdə, 1880-ci illərdən dövrümüzə qədər Bakının simasının necə sürətlə dəyişdiyini izləmək mümkün olur. Bu hadisələrin işığında təsəvvür etmək heç də çətin deyil ki, bir gün milyonçu olmaq ümidi ilə Xəzər sahilində yerləşən bu heyrətamiz şəhərə bütün dünyadan nə qədər insan axın edirdi. Həmin dövrlərdə hökm sürən "neft həyacanı" bir çox ağlasığmaz şəhərsalma layihələrini reallığa çevirmək üçün imkan yaradırdı. Azərbaycanın ilk neft milyonçuları əksər hallarda özləri belə gedişatın bir hissəsi olduqlarından xəbərsiz, şəhər landşaftı üzrə baş verən qlobal dəyişikliklərin bir hissəsi olurdular. Onlar qala divarlarından kənara çıxaraq, aralarında olan səssiz rəqabətin də təşviqi ilə öz malikanələrini yenidən inşa etməyə başladılar. Bütün bu proseslər nəticəsində, indiki əfsanəvi Bakı küçələrinin formalaşmasında həddindən artıq böyük rol oynamışdır. Yaşı əsrə çatan bu arxitektura müasir reallıqlara mükəmməl şəkildə uyğunlaşır və şəhərə Avropa və Şərq mədəniyyətinin vəhdətini nümayiş etdirir.

Öncələri Bakının qala divarları daxilində yerləşən bu kiçik cığırlar, Bakının zamanla sadəcə bir şəhərdən qızğın bir metropolisə keçdiyinin nümunəvi göstəricisidir. Siz təsəvvür edin ki, mərkəzi küçələrdən biri ilə hərəkət edərək, V əsrdən birbaşa XXI əsrə keçid edirsiz. Yəni sizin bir tərəfinizdə birmərtəbəli Qədim Şəhər, digərində isə "Alov Qüllələri" olacaq. Bu məhz gizli fəaliyyətdə olan əsl zaman maşınıdır!

Məmnuniyyətlə qeyd etmək istərdik ki, səyahətimiz öz başlanğıcını təməldən, yəni daşların heyrətverici tarixindən götürəcək. “Mascaron” sözün hərfi mənası “maska” sözündən götürülmüşdür, latın dilindən keçmədir və mənası “ruh, kabus” deməkdir. O öz nəzdində insan sifətinin, heyvan başının, antik Tanrının və yaxud mifik məxluqun təsviridir. Qədim inanclara görə “mascaron” sizə qorxutmaq yaxud cadulamaq məqsədi ilə gözlərini “zilləyib” baxır və həmin maskaronlar məhz qoruyucu tilsim vəzifəsini görür.

Məlum olduğu kimi inkişafın hər dövründə İslam dini insan təsvirlərini qadağan etmişdir, lakin ilk neft milyonçularının məşhurlaşdığı illərdə xarici memarlar və arxitektura üzrə mütəxəssislər Bakıya dəvət olundular. Nəticədə bu memarlıq detalları, həmçinin əvəzolunmaz əl işləri ilə milyonçuların evləri öz aurasını dəyişərək, hər divarının məna qazanmasına səbəb olur. Misal üçün, S. Rüstəmov küçəsindəki (keçmiş Orlovskaya küçəsi) Dmitri Mitrofanovun evinin portalı üzərində rast gəldiyimiz Yaşıl Adam işləməsi, yaz aylarında təbiətin dirçəlməsini, yuxudan oyanmasını simvollaşdıran bitki ornamenti içində gizlənmiş qulyabani təsviridir.

Bir qədər araşdırdığımız zaman məlum olur ki, həmin dövlərdə evlərdə şir təsvirlərinin də xüsusi önəmi olmuşdur. Belə ki, şirlərin təsvirlərindən evlərdə olduğu qədər fəvvarələrin tikilişində də istifadə edilmişdir. Məlumata görə bu şir təsvirləri canları dirilər dünyasından ölülər dünyasına yola salan qədim Roma sarkofaqlarının keşikçilər olduğu barədə rəvayətlər edilirdi. Həmçinin, şirlərlə birlikdə bütün ximeralar, qarqulyalar, qorqona Meduzalar, mələklər, Tanrılar evlərin keşiyində dayanaraq, ev sahiblərini cinlərdən və bəlalardan qoruduqlarına inanmışlar.

Mitrofanovun evində freskalar yaxud ağla sığmayan lepkalar yoxdur, əvəzində burada 1902-ci ildən qorunub saxlanılmış çuqun pilləkən və iki girişdə işıqlıq pəncərələri mövcuddur. Evin böyük olmasının bir çox səbəbləri var. Ən başlıcası burada müxtəlif zamanlarda təkcə Mitrofanovun özü və ailəsi deyil, həm əmlakı icarəyə götürənlər də yaşayırdı. Fransa missiyasının nümayəndəliyi də burada mənzil tutmuşdu. Əgər siz, şəhərin səs-küyündən gizlənmək istəyirsinizsə, buraya baş çəkə bilər, evin rahatlığından faydalana bilərsiniz. Burada hər şey Bakı həyətlərinin ənənəvi abu-havasına uyğundur və hər zaman sakitlik hökm sürür.

Bəzi malikanələr elə bir sənət əsərləridir ki, onları paylaşmamaq mümkün deyil. Bu evlərdən birinin sahibi böyük şəxsiyyət Zeynalabdin Tağıyev (Hacı Zeynalabdin Tağıyev küçəsi, 4) olmuşdur. Hal-hazırda burada Azərbaycan Tarixi Muzeyi yerləşir. Buranı gəzmək Bakı sakinləri ilə yanaşı şəhəri gəzməyə gələn turistlərə də tövsiyyə olunur. Məlumat vermək istərdim ki, ziyarət üçün 9 otaq açıqdır və sərgi şəklində Tağıyevlər ailəsinə məxsus interyer əşyalar, fotoşəkillər, sənədlər və orijinal ordenlər təqdim olunur. Malikanə 1895-1901-ci illərdə memar İosif Qoslavski tərəfindən tikilmişdir. Venzellərdə "ST" (Sona Tağıyeva) hərflərinə də rast gəlmək olar – bu ad Tağıyevə xeyriyyəçilik və maarifləndirmə işlərində kömək hayat yoldaşının adı idi.

Burada xüsusi diqqət yetirməli olduğumuz məqamlar mövcuddur. Belə ki, sözügedən malikanıdı inanılmaz gözəlliyə və detallaşmaya malik olan tavanlar, pilitələrlə üzlənmiş yaşıl eyvan ilk nəzərə çarpan özəlliklərdir. Bəzi vitrajlarda ərəb hörmə yazısı ilə Tağıyevin adı yazılmışdır, güzgülər və pəncərələr Avropadan gətirilmişdir, Şərq zalının (Qəbul zalının) bəzənməsində səkkiz kiloqram qızıl işlədilmişdir.

Malikanənin yenidən bərpası (retavrasiyası) ailə arxivində saxlanılan fotoşəkillərə əsasən aparılmışdır. Tikintidə 270 nəfər iştirak etmişdir, o cümlədən mühəndislər, memarlar, dülgərlər, rəssamlar və digər ustalar. Birinci mərtəbədə Zeynalabdin Tağıyevin kabineti və digər otaqlar, ikinci mərtəbədə isə yaşayış otaqları, kabinet və iki xoll (adları : Avropa və Şərq xollu olan) yerləşir. Üçüncü mərtəbənin Məmmədəliyev küçəsinə ayrıca çıxışı var və ora 16 otaqdan ibarətdir. 1914-cü ildən saray "Bakı Tacir Bankı" kimi fəaliyyət göstərmiş və Tağıyev ona rəhbərlik etmişdir. 2000-ci ildə ailənin şəxsi əşyaları eksponat kimi muzeyə təhvil verilmişdir.

Hacı Zeynalabdin Tağıyevin Azərbaycanın müxtəlif sahələrinin inkişaf elətdirməsi üzrə yolunda olduqca böyük və həddindən artıq dəyərli xidmətlər vermişdir. O iqtisadiyyatı və təhsili inkişaf etdirməyə çalışmış, bir neçə fabriki işə salmış, qızlar üçün ilk müsəlman məktəbi açmış, teatr tikdirmiş, bank təsis etmiş, həyat yoldaşı ilə birgə xeyriyyə gecələri keçirmiş və gənclərin təhsili üçün pul vəsaitlərini düzgün yönləndirilməsini təmin etmişdir. Ona hörmət əlaməti olaraq Bakı Dumasının binası yaxınlığında, Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılmışdır.

İndi sizlərə evlərin xarici arxitekturasında əvəzsiz yeri olan kompanyonlar barəsində danışmaq istərdim. Kompanyonlara Teymur bəy Qulubəyov və Nəcəfqulu Məmmədovun evində rast gəlirik. (Əhməd Cavad küçəsi, 4) Bu detallar ilk baxışdan zahiri görkəminə görə gözə çarpmır, yəni fikir verməyib onun yanından rahatlıqla keçmək olar. Lakin diqqətli nəzər yetirdikdə çox gözəl görmək olur ki, taxta qapıların kandarında binanın tikinti tarixi qeyd olunub. Məsələn :1909-1910 illər. Elə əsl dəyərə malik şeylər məhz belə adi qapılar arxasında gizlənir, elə deyil mi? Onlardan ikisi məhz bu malikanəyə məxsusdur. Burada siz ev sahibinin həyat yoldaşının şərəfinə əkilmiş qlisiniya, yəni məhəbbət simvolu olan çiçəyi və əsas girişinin naxışlı divarlarını görə bilərsiniz. Qulubəyov qlisiniyanı kiçik həyətdə öz həyat yoldaşı Sürəyyə xanım üçün əkmişdir. Rəvayət edilir ki, cütlük ailə həyatlarında ağır faciələrlə üzləşmişlər. Onlar üç uşağıdan ikisi dünyasını dəyişmişdir. Uşaqlardan biri dayəsinin ehtiyatsızlığı ucbatından əlindən düşərək, ikincisi isə yoluxduğu bir xəstəlikdən dünyadan köçürlər. Uzun müzakirələrin sonunda qərara alınır ki, Sürəyya xanım müayinə və sonrakı müalicə üçün Avropaya göndərilsin. Orada olarkən o ərini inandırırdı ki, qlisiniyanın yasəmən rəngli çiçəklərinin qoxusu ona güc verir. Beləliklə, yeni evin həyətində möhtəşəm qlisiniya peyda olur və o indi də burada xüsusi atmosferi qoruyub saxlayır.

80-ci illərdə İngiltərəyə güclə daxil olmuş və tezliklə Avropanı fəth edən art-novo üslubu bir çox İlk neft milyonçularının dövründə tikilmiş evlərdə əvəzolunmaz iz qoymuşdur. Həmin üsluba məxsus xüsusiyyətlər hamar, bükülmüş xətlər, çiçək motivləri, təbii çalarlar və onu başqalarından fərqləndirən simvollar siklamen, süsən və zanbaq gülləridir. T. Qulubəyovun və H. Məmmədovun ticarət evinin təsisçiləri öz ailələri ilə burada yaşayırdılar. Onlar zavodlara, Balaxanıda və Sabunçuda neft mədənlərinə, paroxodlara sahib idilər. Evin əsas girişinin üzərində təbiət mənzərələrinin təsvirləri olan freskalar müasir günümüzə qədər öz təravətini qoruyub saxlayır. Pilləkənlərdə müşahidə etdiyimiz sancaqlar o dövrdə pilləkənlərə bərkidilmiş sancaqları tutmaq üçün istifadə olunurdu. Bu evdə hələ də Qulubəyov və Məmmədovlar ailəsinin varisləri yaşayır.

Əgər siz şəhərdə şərq abu-havasını hiss etmək istəyirsinizsə, o zaman "dəyirmanlar kralı" Ağabala Quliyevin evinə tərəf getmək yerinə düşərdi. Bura hazırda Azərbaycan Memarlar İttifaqının yerləşdiyi binadır (Murtuza Muxtarov küçəsi 24). Bina 1899-cu ildə Şirvanşahlar Sarayının memarlığından təsirlənmiş polşalı memar Yevgeni Skibinski tərəfindən tikilmişdir. Skibinski Bakıda fəaliyyət göstərmiş digər polşalı memarlardan fərqli olaraq Azərbaycanda anadan olmuşdur. Yəgin ki, onun Şərqə olan sevgisi öz mənşəyini buradan götürür. Binanın içərisində biri-birindən fərqli, lakin özlərinin həmahəngliyinə görə təəccüblü üslubda olan freskalar qorunub saxlanılmışdır. Ağabala Quliyev böyük varlığın sahibi olsa da bu təbəqəyə gəlib çıxmaq üçün çox uzun və zəhmətkeç bir yol keçmişdir. O, anasının bişirdiyi qutabları sataraq zamanla öz işinin sahibi olmuşdur. Sözügedən milyonçu ilk gildiya taciri tituluna sahib idi və onun unüyüdən və düyütəmizləyən zavodlar var idi. O, hətta bir neçə dəfə Bakı Şəhər Dumasının həlledici (qərarverici) səsə malik üzvü də seçilmişdir. Ağabala Quliyevin həyatında uğursuz təcrübəsi evlənmək üçün qız qaçırması nəticəsində məhkəməyə düşməyi və ittiham edilməsi olmuşdur. Bu da dövrün qaydalarına istinadə onun sahibkarlıq fəaliyyətinə ciddi təsirini göstərmişdir. Ancaq nəticədə, o uzun mübarizədən və yüzlərlə özünümüdafiə məktublarından sonra əfv olunmuşdur.

Ağabala Quliyevin evinin yaxınlığında 1900-cü illərin əvvəllərində Nikolay Prokofyev tərəfindən tikilmiş Əlibəyovlar ailəsinin malikanəsi yerləşir (Süleyman Tağıyev küçəsi 60) Malikanə Keşlə kəndindən gələn neft maqnatları Ağasəlim bəy və Bala bəyə məxsus idi. Yerli sakinlər evlərin bilavasitə yaxınlığından keçən dəmir yolu relslərinə görə Keşlə kəndini Şanxay adlandırırlar. Bildirmək istərdim ki, Keşlə stansiyasının özü məhz Əlibəyovlar tərəfindən tikilmişdir və həmin stansiya elə indi də kəndlilərin yadındadır. Stansiyanın tikilməsinin əsas səbəbi o dövrdə bu qəsəbəni azuqə ilə təmin etmək və kənar hücumlardan qorumaq olmuşdur. Qəsəbədəki evlər kəndlərdən Bakıya pul qazanmaqdan üçün gələn insanlar tərəfindən tikilmişdir. Bala bəy Əlibəyovun oğulları Sabir bəy və İsa bəy Peterburqda təhsil almış, öz növbələrində İsa bəy ölkənin ilk pediatrlardan biri olarkən, Sabir bəy isə - hüquqşünas peşəsinə yiyələnmişdir. Əlibəyovların evində şəhərin ən məşhur əsas girişlərindən biri yerləşir ki, onun divarları naxışlarla bəzədilmişdir. Hazırda burada bərpa işləri aparılır, yəni eyvan artıq öz əvvəlki görkəminə geri qaytarılır. Əsas girişin içərisində yenidənqurma işləri davam etməkdədir və freskalar əvvəlki vəziyyətinə qaytarılır. Burada diqqəti cəlb edən məqamlardan biri də günəbaxanlarla işlənilmiş, döymə dəmirdən hazırlanmış barmaqlıqlardır.

Daha bir ad salmış ailə Aşurbəyovlar ailəsi Qoqol küçəsi, 28 (Praçeçnaya küçəsi) ünvanında yaşayırdı.Bu ev polşalı memar İosif Qoslavski tərəfindən layihələndirilmişdir. Həmin memar həm də Bakı Şəhər Dumasının, Müsəlman Qadın Məktəbinin, Zeynalabdin Tağıyevin malikanəsinin layihələrinin müəllifidir. Evin birinci mərtəbəsini firma, dükanlar və kirayə üçün nəzərdə tutulmuş yerlər, ikinci mərtəbə isə Bala bəy Aşurbəyovun ailəsi məxsus yaşayış yeri olmuşdur, Belə ki, bu dəbdəbəli malikanəni ona atası Teymur bəy toy hədiyyəsi olaraq təqdim etmişdir. Üçüncü mərtəbə Teymur bəyin özü, onun həyat yoldaşı Tutu xanım və oğlu Əli bəyə məxsus idi. Qubernant qadın madmuazel Qreylonun fərziyyəsinə görə bina özünün əsas girişində naxışlı divarları qoruyub saxlaya bilmişdir. Bunun üçün 1918-ci il mart soyqırımı vaxtında binanın giriş qapısında Fransa bayrağı asmış və burada Fransız missiyasının yerləşməsi illüziyasını yaratmış, beləliklə binanın bu hissəsini xilas edə bilmişdir. 1920-ci illərdə bolşeviklərin hakimiyyətə gəlmələri ilə Aşurbəyovlar Türkiyəyə mühacirət etməyə məcbur olurlar. Bala bəy qardaşının xahişi ilə tezliklə Bakıya qayıdır, amma təəssüflər olsun ki, o “zadəganlıq, neft mədənlərinə sahiblik” kimi ittihama əsasən həbs olunaraq, 1937-ci il represiyası zamanl güllələnir. Bundan sonra qardaşı Əli bəy isə ürək dayanması səbəbilə vəfat etmişdir.

Buradan bir küçə aşağıda 1896-cı ildə memar İvan Edelin layihəsi ilə tikilmiş və Şəmsi Əsədullayevə məxsus olan ev yerləşir (Qoqol küçəsi, 9). Neft mədənlərin sahibu bu məşhur zadəgan Əmircan kəndində kasıb bir ailədə anadan olmuşdur. Şəmsi kiçik yaşlarından Suraxanı neft mədənlərində çalışmış, bundan sonra isə yalnız belə bir dövrün doğura biləcəyi bir hekayəsi başlamışdır. O ilk öncə torpaq sahəsi əldə etmək üçün pul yığmağa başlamış, nəticədə öz şirkətinin sahibi olmuşdur. O cümlədən Şəmsi bəyin Bakıdan kənarda da biznesi olmuşdur. Onun iki həyat yoldaşı var idi. Meyrənsə adlı ilk xanımı ilə onları beş övladı olur, digər xanımı Mariya Lebedeva ilə onların uşaqları olmamışdır və cütlük xeyriyyə işləri ilə məşğul olaraq uşaq evlərinin inşasına önəm vermişlər. 1920-ci illərdən etibarən adı çəkilən ev çoxmənzilli binaya bölünmüşdür və indi onun zərif barelyefləri adi sakinləri və şəhər tədqiqatçılarını qarşılayır.

Ən sirli binalardan birini isə, gəlin sona saxlayaq - bu Şamaxinskaya küçəsində (indi bu Cəfər Cabbarlı küçəsi, 4 ünvanıdır) yerləşən üçmərtəbəli yaşayış binasıdır. Həmin bina haqqında çox az məlumat var, bəlli olan yalnız tikilmə tarixləridir. Bu 1912-1914 illərə təsadüf edir. Bu evin timsalında Bakı portallarının xüsusi gözəlliyindən söhbət açmaq istərdik. Mən sizə məsləhət görərdim ki, detallara diqqət yetirəsiniz. Sakinlərin sözlərinə görə əvvəllər bütün əsas giriş divar naxışları ilə bəzədilsə də, günümüzə qədər yalnız tavandakı rəsmlər və gözəl vitraj pencərələr gəlib çıxa bilmişdir.

Fərəh hissi ilə bildirmək istərdim ki, Bakının keçmişi bu qədər parlaq olmuşdur. Belə ki, təşkil edilən möhtəşəm bal gecələri, ağla sığmayan malikanələr, ən görkəmli şəxsiyyətlər, Avropanın cərəyanları, Şərq ənənələri və daha nələr nələr bu şəhərin qeyri-adi atmosferini tamamlayan detallar olmuşdur. Hər bir başqa keçmiş kimi bizim keçmişimiz də gələcək üçün möhkəm bünövrə yaratmağa dəstək olmuşdur.