Bakının Kubinka məhəlləsi Təzə Bazarın təsadüfi qonşusu deyil. Kubinka adını öz adını inqilabdan qabaqkı bazara görə almışdır, ki orada Quba şəhərindən olan tacirlər alış-veriş edirlər və Quba Azərbaycanın şimalında yerləşən şəhərdir. Sovet dövründə Kubinka kriminal məhəlləsi olmuşdur və o çox məşhur idi, çünki həmin məşhurluğ burada istənilən defisitli məhsulu almaq imkanına əsaslanırdı. Hər bir Bakı sakini bilirdi ki, adi mağazalarda olmayan məhsul - Kubinkada tapılacaqdır. Alkoqol və siqaret, valyuta və xarici paltarlar - altdan satışla məşğul olan alverçilərin məhsul çeşidi haqqında əfsanələr və lətifələr qoşulurdu.
Biz gənc memarlar Ujal Gorchu və Rəhimə Rüstəmlidən xahiş etdik ki, onlar bizi öz doğma məhəlləsi boyunca gəzdirsinlər və onun nə cür dəyişdiyi və bu gün necə yaşadığı barədə danışsınlar.
Şəhərləri müxtəlif üsullarlar kəşd etmək olar: turistik cığırlar, spontan görüşlər, statistik təhlillər, urbanistik araşdırmaları və ya məhəllə dedi-qoduları. Şəhər mühitini araşdırmaq üçün bütün bu üsulları keçərli saya bilərik, ancaq daha da vacibi hər bir məhəllə və ya bölgənin özünəməxsus xüsisiyyətlərinə uyğun, spesifik üsul seçməkdir. Kubinkaya gəldikdə isə, şəhərin bu unikal hissəsi, onun keçmişini oxumağa imkan verir.
Əvvəllər bəzi xırda məqamları başa düşmək, oxumaq üçün hələ çox gənc olsam da, indiki şəhərsalma həssaslığımı məhz elə Sovetski və Kubinka məhəllələrində keçirdiyim uşaqlığıma borcluyam. Hələ 6-cı sinifdə ikən özüm kimi üsyançı-şagird qrupunu məktəbdən qaçmağa təşviq edib, Kubinkanın dar küçələri ilə sülənib, yerlilərin məişətini izləyirdim.
Kubinkanın öz həyat ritmi var idi. Səhər tezdən gəlsəydiniz, təzə meyvə-tərəvəzin necə gətirildiyini, “pirojki” hazırlayan xalaların uzun günə hazırlıqlarını və dar küçələri zəhlə-tökən səsləri ilə dolduran məktəbliləri görə bilərdiz. Mövsüm dəyişiklikləri də həmişə hiss olunurdu: yayda havada bir cür qoxular var idi, qışda isə tam başqa. Yayda alça və günəbaxan tumları, qışda isə naringi və pirojki. Çay? İl boyu.
Kubinka gizli gözəlliklərlə doludur. Hər biri onu kəşf etməyinizi gözləyir. Gələnlər buranı, qonaqpərvərliyinə, canlılığına və miqyasca insancıl olmasına görə sevir. Bununla belə, kor-koranə romantizmdən qaçınmaq vacibdir, çünki o, reallığı böyük dərəcədə təhrif edir, yalnız istədiyiniz anlayışa uyğun gələn "gözəl" şeyləri saxlayır. Beləliklə, mənim xatırladığım Kubkinanın gizli gözəllikləri ilə sizi tanış etməyə çalışacam.
Yaxın vaxtlara qədər Kubinka özünü təmin edən bir şəhər vahidi idi, yəni insanlar orada yaşayır, işləyir və asudə vaxtlarını heç tərk etmədən keçirirdilər. Ona görə də bu rayonun həyatını təşkil edən bu əsas komponentlərə baxmaq məntiqlidir.
Bir neçə onilliklər boyu davam edən orqanik böyümə nəticəsində Kubinka bir sıra yaşayış nümunələri, eləcə də fərqli memarlıq üçün məskən olub. Dərhal qarşılaşdığı şeylərdən biri də küçələrdə pilləkənlərin çoxluğudur. Bu, olduqca ixtiyari görünə bilər, lakin bu, bu üzvi yaşayış məntəqələrinin hər kəsin icarəyə veriləcək əlavə bir mərtəbə əlavə edə biləcəyi daimi dəyişiklik vəziyyətində olmasından irəli gəlir (və ya ən azı bu yaxınlara qədər belə idi).
Əlavə mərtəbələrə aparan pilləkanlar yeni kirayəçilərə bir başa küçəyə çıxış verir, bununla da ev sahiblərinin məhrəmiyyətini qoruyurdu. Maraqlıdır ki, bir tərəfdən kirayə biznesi sakinləri öz mülklərinə yatırım etməyə təşviq etsə də, bölgənin qeyri-stabil taleyi də bir o qədər bundan çəkindirir.
Orqanik, bir o qədər də yoxla və gör üsulu ilə formalaşmış məskunlaşmanın başqa bir nəticəsi: iç məhlələrdir (və ya daxili həyətlər). Şübhəsiz ki, ilkər formada ictimai məkan deyil, fərdi həyətlər kimi formalaşmış iç məhlələrin funksiyası da elə ilkin ehtiyacları qarşılamaq üçün tərtib olunub. Ancaq hazırda mövcud olan yeni ehtiyaclar fonunda, onların ciddi çatışmazlıqları üzə çıxır.
Küçə fasadlarına baxsaq, hər cür ekstruziyalar, boşluqlar, kabellər və ümumilikdə hər cür pozuntular görürük. Əksəriyyətimiz üçün bu pozuntular arzuolunmaz qüsurlar hesab olunur, lakin bu qüsurlar çox vaxt Bakıdakı yeni inkişafların əksəriyyətində olmayan küçənin ritmini, fakturasını və miqyasını müəyyən edir.
Lakin şəhər təkcə binalarla bağlı deyil, həm də ilk növbədə insanlar və onların müxtəlif ehtiyacları üçün bu məkanlardan necə istifadə etdikləri ilə bağlıdır. Hər bir peşənin onilliklər ərzində inkişaf etmiş özünəməxsus məkan duyumu var. Meyvə satan ailə məkanı özünəməxsus şəkildə təşkil edir və bu, hava şəraitinə, həmin gün aldıqları məhsulların sayına və ya ailə üzvünün sayına görə dəyişir. Avtomobil yuma məntəqələrinin rayonun kənar zolaqlarına çıxışı olan əlaverişli nöqtələri var. Məhz aktiv hərəkət zolaqları, daimi müştəri axınını təmin edir. “Pirojki” satan xalalar məktəbin yanında yer seçir, çünki bilir ki, uşaqlar onu məktəbdən əvvəl və sonra yad edəcəklər. Peşələrin müxtəlifliyi getdikcə azalsa da, hələ də hər cür işlə məşğul olan insanlara rast gəlmək olar: meyvə-tərəvəz satışı, küçə yeməkləri, sənətkarlıq işləri, bərbərxanalar, avtoyumalar, çörəkxanalar, kiçik məhəllə dükanları və s.
Son komponent təbii ki, asudə vaxtdır. Bu, yəqin ki, Kubinkanın ən böyük çatışmazlıqlarından biridir. Asudə vaxt həmişə kişilər və qadınlar arasında ayrılırdı: tarixi çayxanalar, kiçik idman mərkəzləri və ya oyun sahələri kimi yerlər, demək olar ki, həmişə kişilər üçün nəzərdə tutulmuşdur. Beləliklə, qadınlar və uşaqlar üçün istirahət zonaları daha çox bədahətən olur: uşaqlar küçədə futbol oynayır, qadınlar isə öz küçələrində, ön eyvanlarında və ya yarı şəxsi həyətlərində ictimailəşirlər.
Bütün bunlar təbii ki, dəyişməli idi. Bu icma özünün çiçəklənmə çağında nə qədər sağlam olub-olmamasından asılı olmayaraq, “Sovetski” kimi, kapital qüvvələrindən sığortalanmayıb. Kubinka ətrafındakı şəhər çox tez dəyişir və ardıcıl şəkildə bu dəyişikliklər rayona sızmağa başlayırd. Rayonun hüdudlarının hündür binalar, mağazalar şəbəkəsi və supermarketlərin təsiri altında dəyişdiyini aydın görə bilərik.
Zaman dəyişdi və başımızdakı o romantik Kubinka obrazına nə qədər bağlı olmağımızdan asılı olmayaraq, rayonun inkişafının qarşısını ala bilmərik. Kubinka hazırda gentrifikasiya dövrünü yaşayır: məhəllələrə investisiyalar torpağın dəyərini artırır və cəmiyyətin iqtisadi cəhətdən zəif təbəqələrini sıxışdırır. Bu, istər yeni investisiyalar, istər demoqrafik dəyişikliklər, istərsə də insanların bir-biri ilə qarşılıqlı əlaqəsini tamamilə dəyişdirən kredit kartlarının yayılması səbəbindən olsun.
Bütün bunlar 21-ci əsrin Kubinkasının necə ola biləcəyini yenidən düşünməyin vacib olduğunu söyləmək üçündür. Yeni iqtisadi və mədəni dəyər qatı yaradaraq bu icmanı unikal edən tarixi və xalq adət-ənənələrini necə qoruyub saxlaya bilərik? Bir neçə irimiqyaslı yenilənmə layihələri həyata keçirildiyi üçün ümid edirik ki, bu, yeni gələnlər, eləcə də yerli əhali üçün böyümə və özünü həyata keçirmə imkanı verir. Yeni iş yerlərinin yaradılması, ictimai infrastrukturun təkmilləşdirilməsi və yerli təcrübələrin dəstəklənməsi vasitəsilə illər ərzində çoxlarını valeh edən bu unikal rayona yeni nəfəs gətirmək hələdə mümkündür.
Mətn üzrə müəlliflik Ujal Gorchu. Ujal Gorchu Kubinka və Sovetski məhəllələrində böyüyüb və orda urbanistika marağını formalaşdırmağa başlayıb. O İspaniyada memarlıq üzrə təhsil alıb və hal-hazırda Delft Texnologiya Universitetində post-magistratura dərəcəsini tamamlayır.
Məqalə üçün fotoşəkillər xüsusi olaraq Rəhimə Rüstəmli tərəfindən hazırlanıb. Rəhimə Rüstəmli memar, dizayner və fotoqrafdır, hal hazırda MANARCH studiyasında faaliyət göstərir.