Handicraft: ölkədə ilk əl işləri yarmarkasını təşkil etmək və onu böyük yaradıcılıq halına necə çevirmək olar

Insanlar

Beş il əvvəl Bakıda ilk Handicraft yarmarkası baş tutdu. Bu kimi tədbirlər bundan əvvəl də keçirilirdi, lakin məhz sözügedən yarmarka belə tədbirlərə aid «oyun qaydalarını» dəyişdi. Layihə iki rəfiqə tərəfindən düşünülərək yaradılmış və təşkil olunmuşdur: onlar Ayla Bağırlı və Jalə Nəcəfovadır. Təzə People jurnalına verdikləri müsahibədə onlar kiçik yarmarkanın iri miqyaslı bir festivala qədər necə böyüdüyünü, pandemiyaya davam gətirdiyini və çox profilli hala nə cür çevrildiyi barədə danışıblar.

Ayla: İlk addım məhz belə qoyulmuşdur. Beş il əvvəl dekretdə olarkən Jalədən bizə tanış olan əl işləri ustaları üçün kiçik bir yarmarkanın keçirilməsi üzrə bir təklif aldım, yəni bunun məqsədi ondan ibarət idi ki, biz onlara belə tədbirlərin necə təşkil olunmasını başa salaq. Mənim marketinq sahəsində böyük təcrübəm var və yarmarkaların keçirilmısində onlara əlimdən gələni etməyə hazır idim.

Jalə: Mən isə o vaxt «Ev və İnteryer» jurnalı ilə əməkdaşlığımı başa çatdırmışdım və öz memarlıq studiyamı açırdım. Bu ərəfələrdə mən işlə əlaqədar Kiyevə getdim, orada Kreşatik küçəsində «Всі Свої» adlı satış və sərgi salonunu gördüm və ukraynalıların öz brendlərinə necə dəyər verdikləri məni valeh etdi. Eyni zamanda mən bir qədər pərt oldum ki, Azərbaycanda hansı brendlərin mövcud olması haqqında heç təsəvvürüm belə yoxdur. Kiyevdən qayıdandan sonra, bu məsələri Ayla ilə danışdım. Bu məsələni araşdırarkən gördük ki, ustalıqla görülmüş təqdimata, PR-a, böyük səhnəyə ehtiyacı olan nə qədər maraqlı uşaqlarımız var.

Ayla: Əslində biz kiçik bir tədbir keçirmək istəyirdik ki, bu uşaqları öyrədək və gələcəkdə onlar özləri layiqli yarmarkalar təşkil etsinlər. Məhz buna görə də hazırlıq cəmi 10 gün çəkdi və həmin yarmarkada yalnız 10 əl işləri ustası iştirak etdi.

Jalə: Bunun üçün bizdə 10 gün, 10 usta və iştirak üçün 10 manat var idi.

Ayla: Bəli, biz o vaxt sıfıra düşdük. Bu fəaliyyəti daha sonra davam etdirmək niyyətində deyildik.

Jalə: Biz yarmarkasın necə təşkil etmək lazım olduğunu sizə görtərdik, indi isə ey yoldaş rəssamlar və əl işləri ustaları, bunu özünüz həyata keçirin. Amma ilk 10 iştirakçı özləri ilə daha 10 nəfər gətirdilər və bizi sözün əsl mənasında bir fakt qarşısında qoydular, yəni Vətən və sənət naminə biz daha bir yarmarka keçirməliyik. Okey, 20 iştirakçıdan ibarət olan yarmarka 40 iştirakçılı yarmarkaya çevrildi və sair. Və budur biz artıq beş ildir ki, dekretdə deyilik, memarlıq və agentliklərlə bağlı düşüncələrimizi başlı-başına buraxmışıq və bütün bacarıqlarımızı biznesin və incəsənətin inkişafına həsr etmişik.

Ayla: Artıq üçüncü yarmarkada biz anladıq ki, bu hobbi deyil, biz yaradıcı insanlar üçün platforma hazırlayırıq, yəni onlar nəsə yaratmaq, özlərini inkişaf etdirmək və qlobal səviyyəyə çıxmaq istəyində olan insanlardır. Və bu insanlar tamamilə fərqlidirlər - həmin fərq onların yaşlarına, statuslarına, həyat tərzlərinə aiddir. Onları birləşdirən bir məqam var - bu da onların yaradıcılığa olan sevgiləridir.

Jalə: Yarmarkalardan əvvəl onların çoxu bir-birini tanımırdı, amma Handicraft yarmarkası onları bir yerə topladıqdan sonra onların hamısının həmfikir olduğu məlum oldu.

Ayla: Onlar bir-birlərinə faydalı və maraqlı idilər. Əvvəlcə bəzi ustalarda vizit kartları belə yox idi və hətda onların instagram səhifələri, brendinqləri, işləri üzrə gözəl fotoşəkilləri də mövcud deyildi. Və yarmarka bu uşaqları əhəmiyyətli dərəcə yüksəltdi. Əvvəllər sabun hazırlayan əl işləri ustası və taxta məlumatları yaradan əl işləri ustası yarmarkalarda bir-birinə rəqib kimi baxırdılar. Ancaq o sənin rəqibin deyil! Sən sabun hazırlayırsan, o isə taxta üzərində işləyir. Qoy o sənin üçün sabun qabı düzəltsin və siz bunları bir dəst kimi satın. Biz onları bu cür fikirlərə istiqamətləndirirdik və düşünərək belə kollaborasiyalar tapırdıq ki, nəticədə bu məqamlar bir çox brendi möhkəm dostluğa gətirib çıxartdı. Və bununla yanaşı bizdə hər zaman ciddi seçim mövcud idi.

Jalə: İştirakçılar Ayla və mən tərəfindən seçilmir, bunu müstəqil insanlar həyata keçirir və biz həmin insanların məxfiliyini qoruyub saxlayırıq ki, obyektivlik olsun.

Jalə: Yarmarkanın meydana çıxmasından bir il sonra biz anladıq ki, əl işi - səviyyəlidir, amma yerli istehsal və art üzrə bir çox fəaliyyət sahələri mövcuddur ki, bunlar gözdən kənarda qalmışdır.

Ayla: İlk əvvəl əl işləri olmuşdur, bir qədər sonra moda ortaya çıxdı və indi isə biz «Wake up Artist» layihəsini həyata keçiririk, yəni bu daha bir layihədir ki, biz onun daxilində özümüzü incəsənət istiqamətində inkişaf etdirməyə çalışırıq. Biz istəyirik ki, insanlar onların evlərində fotoşəkil, rəsm əsəri və ya posterin asıla biləcəyinə öyrəşsinlər.

Jalə: Bu qayda ilə biz iki il işlədik və daha sonra öz satış və sərgi salonumuzu açmaq üçün yetkinləşdik. 14 fevral 2020-ci il tarixində biz işə başladıq və düz iki həftə sonra Azərbaycan karantinə bağlandı. Handicraft mağazası ola bilsin ki, lokdaun elan olunduğu andan heç bir gün də bağlı olmamış yeganə mağazadır. Hərəkətə icazə verilən iki saat ərzində biz şəhər daxilində və ətrafında çatdırılmaları etməyə, hamıya alınmış əşyaları çatdırmağa, malları qəbul etməyə və ustalara çatacaq ödənişləri həyata keçirməyə qadir olmuşduq.

Ayla: Biz əlimizdən gələni edirdik ki, insanların əl əməyinə, müəlliflərə, onların işlərinə olan marağı sönməsin. Bizə çətin olurdu. Mağazanı açmaqdan ötrü bu qədər hazırlıq görüb xərc çəkmək və sonradan bütün bunları sadəcə olaraq ona görə itirmək ki, heç kimin gözləmədiyi bir hadisə baş verib.

Jalə: Heç kim inanmırdı ki, karantin qüvvədə olduğu bir il ərzində 100 kvadratmetr sahəyə malik olan satış və sərgi salonu, 280 metrlik bir əraziyə çevriləcək. Biz nəyin ki, yalnız həyatda qaldıq və həm də daha böyüdük.

Jalə: Bu gün Handicraft mağazası iki nəfərdən ibarət deyil. Bu gün o, 200-dən çox həmfikirdir ki, onlar bizə kömək edir. Handicraft mağazası məhz bugünkü kimi olması üçün onlar böyük töhfə veriblər. Həmin həmfikirlərdən kimlərsə bizim tərəfdaşımız oldu və biz birlikdə yarmarkaları böyük festivallara çevirdik. Məsələn, Stock - modelyerlər və dizaynerlər assosiyasıdır. Biz birlikdə «Bizimkilər» festivalını keçirmişik.

Ayla: Elə məqamlar olur ki, satış və sərgi salonunda 15 nəfər işçi olur, fakta əsasən isə orada 50 nəfər oturur və boş künc qalmır. Sadəcə olaraq, oraya əl işləri ustası gəlib çıxdı, sonradan modelyer baş çəkdi, onlar görüşürlər və artıq dörd saatdır ki, onlar çay içir və nəisə müzakirə edirlər. Satış və sərgi salonundan onlar layihə və tərtib olunmuş büdcə ilə çıxırlar.

Bu, məhz arı təknəsində olduğu kimidir, yəni hamı bir-biri ilə daim əməkdaşlıqda nəsə yaradır

Ayla: Bir dəfə bizə bir biznes üzrə ekspert gəldi və dedi ki, bizim modelimiz elə işləyir ki, onun əsasında dissertasiya yazmaq mümkündür. Bu, məhz arı təknəsində olduğu kimidir, yəni hamı bir-biri ilə daim əməkdaşlıqda nəsə yaradır, ahəngdar şəkildə bir məqsəd naminə işləyir. Bütün bunlar bir-birinə qarışır və nəticədə səviyyəli, atmosferli bir cəmiyyət əldə edilir. Gələcəkdə biz daha bir məkan açmaq istərdik ki, orada da insanlara nəsə istehsal etmək rahat olsun, çünki adətən bu elə tərzdə baş verir ki, insanlar əngəllərin öhdəsindən gəlməli olurlar.

Jalə: Bəli, biz inkubator açmaq istəyirik. Biz onunla bağlı tələbatın yaradılmasına müvəffəq olduq və yerdə qalan iş yalnız infrastrukturun qurulmasıdır. Orada müxtəlif xidmətlər təqdim olunacaq: istehsal sexlərindən tutmuş SMM, fotoqrafiya, brendinq və hüquqi dəstəyə qədər.

Gəlin düzünü deyək, əl işi elə bir məqamdır ki, o 30-40 il əvvəl nənələrin məşğuliyyəti olub. Nənələr isə bunu qızlarına və nəvələrinə öyrədirdilər ki, onlar yaxşı həyat qoldaşı və ana olsun. Və məhz bizdə də o cür, yəni hər şey evdə oturan analar, həyat yoldaşları və qızlar üçün platformanın yaradılmasından ilə başladı.

Ayla: Bu gün isə bu artıq ciddi bir işə çevrilib: insanlar özlərinə inanmağa başlayıblar, onlar illərlə işlədikləri və ürəklərincə olmayan böyük şirkətləri tərk edir və öz brendlərini yaradırlar.

İzləməyə dəyər Handicraft rezidentləri olan 4 brend

FIRÇHA IZI

Bir gün köhnə şəhər boyunca gəzirdik və gördük ki, bir qız gözəl boyalı vazanın fotoşəklini çəkir. Qızın adı Aysu idi, o Rəssamlıq Akademiyasının birinci kurs tələbəsi idi, keramika ilə məşğul olurdu və bu vazanı öz əlləri ilə düzəltmişdi. Bu gün Aysunun salonumuzda öz xüsusi guşəsi və özünə məxsus FIRÇHA IZI brendi vardır və o, həmişə zarafat edir ki, biz onun ikinci anasıyıq.

To the Moon and Back

Bu gün Saşa bizim satış və sərgi salonumuz üçün ağla sığmayan ətirlərə malik olan soya şamları hazırlayır və onun məşhur «Salamakhina» yaylıqları və şərfləri heç kimi laqeyd qoymur. Əvvələr isə o, bəli buna inanmaq çətindir, beton zavodunun laboratoriyasında kimyaçı vəzifəsində çalışırdı.

F37

F37 cəmiyyətini təmsil edən fotoqraflar Emin və Şərəf bizim ilk «Wake up Artist» yarmarkamızda iştirak etmişdilər. O vaxt, biz onları öz işlərini çap etməkdən və özləri tərəfindən təqdim etməkdən ötrü dilə gətirə bildik, bu da onlar üçün inanılmaz bir təcrübə oldu. Uşaqlar elə böyük ruh yüksəkliyi hiss etdilər ki, daha sonra Azərbaycanı təmsil etmək məqsədilə Gürcüstanın «Colga» festivalına getdilər və orada qrant aldılar və sərgi təşkil etdilər.

Print Bar

Hər bir çap mərkəzi qolsuz köynək üzərinə mətn və ya şəkil çap edə bilər, lakin Print Bar öz konsepsiyası və fəlsəfi təkanla seçilir, yəni onların mahiyyəti hər şey sənət üçün və onun naminədir. Çalışqan Tural gənc rəssamlara dəstək verir və onlara əşyalar və geyimlər üzərinə illüstrasiyaları vurmaqda kömək edir.