Yeni̇ — əfsanəvi̇

Yeni̇ — əfsanəvi̇

Təzə Bazar, Bakının xəritəsində xüsusi bir məkan. Böyük tarixə malik olan bazar milli ənənələri qoruyub saxlayır və həmişə də gələcəyə doğru irəliləyir. Bu gün, o, Bakı bazarlarının və Bakının özünün yeni tarixinə qədəm qoymaq üçün yenidən qurulur.

Şəhərdə çoxəsrli̇k ti̇carət
ənənələri̇nə mali̇k bazar

Bakı (Backow) Entoni Cenkinsonun xəritəsində. 1562-ci ilə aid İngilis-Holland xəritəsi (London), 1598-ci ildə edilmiş düzəlişlərlə (Antverpen).

V — Şərq və Qərbin qovuşduğu, böyük ticarət yollarının kəsişməsində Allahın şəhəri – Bakı yaranır.

VI — XVIII — Bakı Böyük Qafqazın ticarət mərkəzinə çevrilir: zəngin karvanlar Çindən Avropanın Qərbinə qədər bütün istiqamətlərə gedir.

XIX — XX — Azərbaycanda neft küy-kələyi. Bakıda yeni sakinlər məskunlaşır və şəhər sürətlə böyüyür. Şəhərlə yanaşı ticarət də artır.

XX — Sovet dövründə ticarəti nəzarət altına almağa çalışırlar – şəhərdə böyük bazarlar peyda olur. Onların arasında ən əsaslı və ən koloritli olanlardan biri məhz – Təzə Bazardır.

XX — XXI — 80-ci və 90-cı illərdə bazarların çoxu tənəzzül edir. Təzə Bazar qara bazara çevrilir, burada kürüdən tutmuş silaha qədər hər şey əldə etmək mümkün olur.

Şəhərdə hər şeyi̇n tapildiği bazar

Təzə Bazar məşhur Kubinka məhələsi ilə yanaşıdır. Bu gün, o, müasir yaşayış rayonudur, əvvəllər burada, ensiz küçələrin və kiçik evlərin arasında asanlıqla azmaq olurdu və eyni zamanda da istənilən şər şeyi tapmaq mümkün idi. Oktyabr İnqilabına qədər burada, Təzə Bazarda, bolşeviklərin “İskra” qəzetinin çap olunduğu “Nina” mətbəəsi

gizli fəaliyyət göstərirdi. Sovet dövründə xarici siqaret, maqnitofon yaxud da cins almaq üçün bakılılar artıq buradakı alverçilərin yanına gəlirdilər.

Hər bi̇r saki̇ni̇n və turi̇sti̇n ürəyi̇ndə olan bazar

2024-cü ildə Təzə Bazar artıq müasir Bakının mərkəzində böyük bir şəhərt meydanına çevriləcək. Rəngarəng piştaxtaların arasında kafe və restoranlar, kulinariya məktəbi və uşaq əyləncə mərkəzi, sənətkarların emalatxanaları və xırdavat bazarı, yaşıl bağlar və şəhər bostanı peyda olacaq. Təzə Bazar Azərbaycanda mövcud olan ən yaxşı malların tapıldığı əsas piştaxtaya çevriləcək.

Gələcək kompleksin memarlıq üslubuna dair yeni baxış və ənənələrə hörmət vəhdəti təşkil edəcək: köhnə Bakı bazarlarının cəlbediciliyini və koloritini qoruyub saxlayan Təzə - ultramüasir bazar.

«Biz keçmişi dəyər veririk və irsiliyi qoruyub saxlamaq istəyirik, halbuki bazar musey deyil. Əsl bazar – həmişə şəhərin güzgüsüdür, onun portretidir, burada və hazırki məqamda baş verən ən vacib şeylərin mərkəzidir”

Təzə Bazar heyəti ilə müsahibədən
Müsahibəni tam oxumaq

Təzə İnsanlar hər şey i̇nsanlardan başlayir

Öz qapılarını açanadək bazar Azərbaycan irsini qorumaq, yeni istedadlar və ideyalar axtarmaq məqsədilə milli kampaniyaya başlayır.

Təzə İnsanlar — bu, necə köhnələri, eləcə də yeni adları birləşdirəcək müjdəçilərin birliyidir. Platformanın yaradılması üzrə səylərimizin istiqaməti həm bazarın əsas qəhrəmanlarına, yəni Bakıda köhnə ticarət məkanının ənənələrini saxlayan satıcılara dəstək göstərməklə, həm də yeni istedadların inkişaf etdirməklə bağlıdır. Tikinti işləri başa çatdıqdan sonra, onlar, birinci olaraq Təzə bazarın ən yaxşı piştaxtalarının arxasında dayanacaqlar.

Təzə İnsanlar Festivalı müasir Azərbaycan mədəniyyətini və mətbəxini yaradanları – fermerləri, restoran sahiblərini, peşə sahiblərini, istehsalçıları axtarır. Biz ölkənin rayonlarına qastrollar təşkil edəcəyik və Təzə Bazarı bütün regionlardan və ölkənin tarixi məskənlərindən yeni layihələrlə zəngin etmək üçün həvəskarları yığacağıq

Siz biz atxardığımız insansınız?
İndi özünüzü təqdim etmək vaxtıdır
[əks əlaqə üçün forma]

Təzə İnsanlar qrupu bakılıların ideyalarını toplayır ki, daha sonra onları yeni bazar konsepsiyasının bir hissəsi etsin. Biz hər hansı fikri qəbul edirik - velosiped dayanacaqlarının təşkili ilə bağlı məsləhətlərdən tutmuş böyük bayramların və festivalların keçirilməsinə dair ideyalara qədər.

Siz bilirsinizmi bazarda nələr çatışmır?
Təzənin edilməli yaxşıların yaxşısına çevrilməsi üçün hansı işlərin görülməsi zəruri olduğu haqda danışın.
[əks əlaqə üçün forma]

Təzələn!